26-28 dekabr tarixlərində Bakı İdman Sarayında kişilər, qadınar və usta cüdoçular arasında Azərbaycan çempionatının keçirilib. Respublika turnirində 55 klubdan 497 cüdoçu mübarizə aparıb. Onların içərisində həmişə olduğu kimi “Zirvə” cüdoçuları da olub və uğurlu çıxışla yadda qalıb.
Qızların yarışında 70 kq çəki dərəcəsində Günel Həsənli bütün rəqiblərini üstələməyi bacarıb. Fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalı boynundan asan cüdoçumuz artıq dəfələrlə Azərbaycan çempionudur.
Qatıldığı bütün yarışlarda uğur qazanan “Abşeron-Zirvə” təmsilçisi Günel Həsənliyə nailiyyətlərinin artmasını, xoş xəbərlərlə bizi tez-tez sevindirməsini arzulayırıq. Məşqçisi Hətəm Əhmədova da əməyinə görə təşəkkür edirik!