Cüdoçumuz Bakı birinciliyinin qalibi oldu

Fevralın 6-7-də Hövsanda yerləşən FHN İdman Olimpiya Kompleksində gənclər arasında cüdo üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda 25 klubdan 217 gənc cüdoçu (191 oğlan və 26 qız) medallar uğrunda mübarizə aparıb. Onların içərisində “Zirvə” cüdoçuları da olub.

Təmsilçimiz Leyla Hüseynova 63 kq çəki dərəcəsində yarışıb. O uğurlu çıxış edərək çempion adına layiq görülüb.

Təbrik edirik!

SHARE
Şərh yaz