Cüdoçumuz beynəlxalq turnirdə medal qazandı

28-29 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində “Qladiator” klubunun təşkil etdiyi beynəlxalq cüdo yarışı keçirilib. Birincilik 2004-05 və 2005-06-cı il təvəllüdlü idmançılar arasında təşkil olunub.

Yüzdən çox cüdoçunun iştirak etdiyi yarışda “Zirvə”çi Nihad Soltanlı da iştirak edib. O, 30 kq çəki dərəcəsində 3-cü yerə çıxıb. Bu bürünc medal qazanaraq fəxri kürsüyə qalxmağı bacarıb.

Bu uğurda əməyi olan məşqçilərimizə təşəkkür edir, uğurlarımızın davamının gəlməsini azulayırıq.

SHARE
Şərh yaz