Oktyabrın 12-13-də Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Azərbaycan Cüdo Federasiyasının dəstəyi və 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” keçirilib. Yarışda Sloveniya, Macarıstan, Ukrayna, Özbəkistan, Qazaxıstan, Latviya, Niderland, İraq, Rusiya, Gürcüstan, Türkiyə və Azərbaycan daxil olmaqla ümumilikdə 12 ölkə təmsil olunub. Yarışda 1000-dən artıq cüdoçu mübarizə aparıb.
Birincilikdə 2000-2002 –ci il təvəllüdlü gənclər və 2003-2005, 2006-2007-ci il təvəllüdlü yeniyetmələr iştirak edib. Onların arasında “Zirvə” Beynəlxalq İdman Klublarının cüdoçusu da olub. Məşqçi Elməddin Əhmədovun tələbəsi Emin Həsənov uğurlu çıxışla yadda qalıb.
O, 46 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Təbrik edirik!