Cüdoçumuz “Böyük dəbilqə”  beynəlxalq turnirində çıxış edəcək

Martın 10-12-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri keçiriləcək.  Azərbaycan millisinin yarış üçün heyəti açıqlanıb. Yarışda ölkəmizi 51 cüdoçu təmsil edəcək.

Millimizin heyətində “Zirvə” İdman Klubunun nümayəndəsi də var. Bir çox uğurları ilə klubumuzun adını layiqinc qorumuş Günel Həsənli bu mötəbər yarışda da tatami üzərində olacaq.

“Abşeron-Zirvə” cüdoçusu Günel Həsənli 78 kq çəki dərəcəsində mübarizə aparacaq. Ona bu yarışda uğurlar arzulayırıq.

SHARE
Şərh yaz