Cüdoçumuz dünya çempionatında iştirak edəcək

Cüdo üzrə Azərbaycan milli komandasının avqustun 25-də Yaponiyanın paytaxtı Tokioda start götürəcək. Yarışda ümumilikdə 151 ölkədən 898 idmançının – 543 kişi və 355 qadın cüdoçunun mübarizə aparacağı gözlənilir.
Artıq dünya çempionatı üçün yığmamızın heyəti müəyyənləşib. Millimiz sentyabrın 1-dək davam edəcək mundialda 9 kişi və 7 qadın cüdoçu ilə təmsil olunacaq.
Yarışda “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi Günel Həsənli də qüvvəsini sınayacaq. Təcrübəli mütəxəssis Hətəm Əhmədovun tələbəsi 70 kq çəki dərəcəsində ölkəmizin şərəfini qoruyacaq.
İdmançımıza uğurlar arzulayırıq!

SHARE
Şərh yaz