Cüdoçumuz Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq turnirdə qızıl medal qazanıb

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş beynəlxalq cüdo turniri keçirilib. Azərbaycan Cüdo Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan yarışda kiçik yaşlı yeniyetmələr medallar uğrunda mübarizə aparıblar. Beynəlxalq turnirdə respublikamızın 30-dan çox şəhər və rayonunun cüdoçularl ilə yanaşı, Rusiya, Qazaxıstan, Ukrayna, Qırğızıstan komandaları da yarışıblar. Sayca 7-ci olan turnirə 500-dən çox yeniyetmə cüdoçu qatılıb.
Yarışda “Zirvə” idman Klubunun cüdoçusu da mübarizə aparıb. 28 kq çəki dərəcəsində Nərmin Soltanova bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Məşqçi Hətəm Əhmədov və onun tələbəsini bu uğur münasibətilə təbrik edirik!

SHARE
Şərh yaz