Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində gənclər arasında cüdo üzrə ölkə birinciliyi keçirilib. Yarışda paytaxt və bölgələrdən 51 komandadan 367 idmançı (311 oğlan, 56 qız) medallar uğrunda mübarizə aparıb. Onların arasında “Zirvə” cüdoçuları da olub.
Təcrübəli mütəxəssis Əkbər Şəfəqətovun yetirməsi olan Aytəkin Paşazadə +78 kq çəki dərəcəsində yarışıb. “İsmayıllı-Zirvə” təmsilçisi bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.
Təbrik edirik!