Daha 3 çəki dərəcəsində qaliblər müəyyənləşdi

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatında ikinci yarış günü davam edir.

Körpücük üzərinə 89, 96 və 102 kq çəki dərəcəsində mübarizə aparan atletlər çıxıblar. Tribunada yer alan tamaşaçılar maraqlı yarış izləyiblər. 89 kq çəki dərəcəsində toplam 276 kq (125+151) nəticə göstərən Ceyhun Tağızadə, 96 kq çəki dərəcəsində toplam 332 kq (148+184) nəticə ilə Nailxan Nəbiyev, 102 kq çəki dərəcəsində isə toplam 323 kq (148+175) nəticə ilə Əliş Nəzərov qalib adını qazanıb.

Təbrik edirik!

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

89 kq

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Tağızadə Ceyhun1995LənkəranZirvə87.9125151276
2.Rəhimli Cavid1998QazaxZirvə83.8115138253
3.Həsənli İsa2002LənkəranUGİM83.2104135239
4.Həşimov Zülfüqar1986BakıZirvə81.4106126232
5.Cəfərov Eltun1994QazaxZirvə81.91100
6.Əskərov Pərvin1994GəncəTəhsil85.21110

96 kq

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Nəbiyev Nailxan1994BakıSpartak94.9148184332
2.İsmayılov Kamran1993SumqayıtZirvə95.9149182331
3.Şükürlü Əli2003SumqayıtZirvə94.0123151274
4.Qasımlı Sərxan1998QazaxZirvə95.2

102 kq

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Nəzərov Əliş1999BakıTəhsil96.5148175323
2.Bayramlı Ümudvar2001BakıTəhsil102.0122145267
SHARE
Şərh yaz