Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş ağır atletika üzrə Veteranlar arasında Dünya Kuboku davam edir. İlham Əliyev adına Naxçıvan Olimpiya Kompleksində 05-08 iyul tarixləri arasında keçiriləcən yarışda 23 ölkədən 170-dən çox usta ağırlıqqaldıran güclərini sınayır. Azərbaycanı təmsil edən idmançılar arasında “Zirvə”çilər də vardır ki, onlar da böyük uğurla çıxış edirlər.
Daha bir veteran atletimiz – İsmayıl Tahirov ölkəmizin adına medal qazanıb. “Zirvə” İdman Klubunun nümayəndəsi M55 yaş qrupunda 105 kq çəki dərəcəsində mübarizə aparıb. Həmçinin klubumuzun təcrübəli məşqçisi İsmayıl müəllim tələbələrinə nümunə olacaq çıxış nümayiş etdirib. O, toplamda 125 kq (50+75) nəticə nümayiş etdirərək bürünc medal qazanıb.
Təbrik edirik!