Bu gün daha iki idmançımız Slovakiyanın Koşitse şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatında mübarizəyə qoşuldu. 62 kq çəki dərəcəsinin “B” qrupunda Həsən Həsənov və Kənan Əliquliyev körpücük üzərinə çıxdı.
İdmançılarımız “B” qrupunda uğurlu çıxış etdilər. Həsən Həsənov birdən qaldırmada 93 kq, təkanla qaldırmada isə 112 kq nəticə göstərərək, toplamda 205 kq-la 6-cı oldu.
Kənan Əliquliyev isə birdən qaldırmada 103 kq, təkanla qaldırmada 124 kq nəticə göstərdi. Toplamda 227 kq-la Kənan “B” qrupunda 1-ci yeri tutdu.
“A” qrupunun yarışları bitəndən sonra Əliquliyevin ümumi sıralamada 11-ci, Həsənovun isə 16-cı yeri tutduğu məlum oldu.