Daha iki medalı 56 kq-da əldə etdik!

????????????????????????????????????

AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı start götürüb. Yarışda ölkənin bütün bölgələrindən yüzə yaxın atlet qüvvəsini sınayır. Çempionat fevralın 12-13-də keçiriləcək. Qadınlar 6, kişilər isə 8 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

Kişilərin mübarizəsində körpcük üzərinə ilk olaraq çəkisi 56 kq olan atletlər çıxıblar. Gözlənildiyi kimi, MOİK atleti Alıyev Elmar rəqiblərini üstələyib və qızıl medal əldə edib. Fəxri kürsünün ikinci və üçüncü pillələrində isə “Zirvə” idmançıları yer alıblar. Mirzəyev Emin gümüş, Xəlilov Kənan bürünc medala sahib çıxıb.

İdmançılar və məşqçilərimizi təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq!

Nəticələrlə tanış olun:

1. Alıyev Elmar 1987 MOİK 55.80 104 135 239
2. Mirzəyev Emin 1997 Zirvə 55.00 92 111 203
3. Xəlilov Kənan 1999 Zirvə 55.60 98 105 203
4. Əliyev Füqan 2001 Zirvə 55.50 85 110 195
5. Səmədzadə Səməd 1998 Zirvə 53.25 85 96 181
6. Məmmədov İsmayıl 2000 Zirvə 53.65 83 95 178
7. Qəzənfərov Mehman 1995 UGF 55.70 75 95 170
8. Əhmədov Esmin 1996 TİM 54.95 76 0 0

 

SHARE
Şərh yaz