Son zamanlar tüğyan edən dopinq qalmaqalları Rio Olimpiadasının iştirakçı heyətinə ciddi təsir edib. Xüsusilə, Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) tərəfində Rusiya yığmasını bütünlüklə bu böyük yarışdan kənarlaşdırılma qərarını verməsindən sonra boşalan yerlərin təcili doldurulması prosesi gedir. Təşkilat buna ən çox layiq olan idmançıları seçir. Sevindiricidir ki, onların içərisində “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri də var.
Bu gün Gürcüstan yığmasına verilən əlavə iki lisenziyanın sahibin adları açıqlanıb. Onların hər ikisi “Zirvəçi”lərdir. Klubumuzun yarışlarındakı çıxışlarından yaxından tanıdığınız Anastasiya Qotfrid və Giorgi Çxeidzedir. Qadın atlet +75 kq çəki dərəcəsində çıxış edəcək və “Jidaçiv-Zirvə” klubunun təmsilçisi olacaq. Giorgi isə +105 kq çəki dərəcəsində “Tiflis-Zirvə” adından mübarizə aparacaq.
Bununla da, Rio-De-Janeyro Olimpiadasında körpücük üzərinə çıxacaq “Zirvə” atletlərinin sayı 8-ə çatdı. Siyahını sizə təqdim edirik.
Əlavə edək ki, yarışların startına qədər əlavələrin olması mümkündür və say arta da bilər.
N | Adı | Çəki | Ölkə | Klub |
1. | Volodimir Hoza | 94 kq | Ukrayna | Jidaçiv-Zirvə |
2. | Sergey Çeşir | 69 kq | Moldova | Kişinyov-Zirvə |
3. | Dumitru Kaptari | 77 kq | Rumıniya | Kişinyov-Zirvə |
4. | Morqan Uitni Kinq | 48 kq | ABŞ | Finiks-Zirvə |
5. | Mehtap Kurnaz | 63 kq | Türkiyə | Tuzgölü-Zirvə |
6. | Natalya Prişepa | 75 kq | Moldova | Kişinyov-Zirvə |
7. | Anastasiya Qotfrid | +75 kq | Gürcüstan | Jidaçiv-Zirvə |
8. | Giorgi Çxeidze | +105 kq | Gürcüstan | Tiflis-Zirvə |