“Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında Zirvə Kuboku avqustun sonundan keçiriləcəkdir. Artıq bütün seçmə yarışlar başa çatmaq üzrədir. Hazırda onların nəticələrinə əsasən Kubokda iştirak edəcək idmançıların adları müəyyənləşdirilir. Ancaq turnir və birinciliklərin çoxluğu bu prosesi gecikdirə bilər.
Bu səbəbdən də klub rəhbərliyi nəticələrin qəbulu üzrə son tarix müəyyən edir. Rəhbərlik rəsmən elan edir ki, avqustun 1-dən sonra keçiriləcək heç bir turnirdəki nəticələr Zirvə Kuboku üçün seçmə xarakter daşımayacaqdır. Bütün filiallarımızı bunu nəzərə almasını və əllərində son məlumatları ən qısa zamanda müvafiq ünvanlarımıza çatdırmasını xahiş edirik.