“Zirvə” İdman Klubunun növbəti seçmə yarışları yaxınlaşır. Artıq oktyabrın ortalarından etibarən 6 ölkədə köhnə adı ilə zona yarışları, yeni adı ilə klubların daxili birincilikləri başlayacaqdır. Yarışların konkret keçirilmə vaxtı və yeri haqda sizə məlumat veriləcəkdir. Ancaq daha bir vacib məqam vardır ki, klubuzum rəhbərliyi onu sizin diqqətinizə çatdırmaq qərarına gəlib.
Bu yarışlardan etibarən aşağı yaş qruplarında çıxış edən idmançıların ilk sifariş verdiyi çəkilərin minimum həddi müəyyən edilmişdir. Yəni bugündən etibarən müəyyən yaşda olan idmançı birdən və təkanla qaldırmada bundan az çəki sifarişi ilə yarışa buraxılmayacaq. Məsələn, 2003-cü ildə anadan olan idmançı ilk yanaşmasında birdən qaldırmada minimum 11 kq, təkanla qaldırmada isə 14 kq sifariş verməlidir. Bundan az çəki ilə ona yarışa qatılmaq icazəsi verilməyəcəkdir.
Tam siyahı aşağıdakı kimidir:
Təvəllüdü | Birdən qaldırma | Təkanla qaldırma |
2001-ci il | 15 kq | 18 kq |
2002-ci il | 11 kq | 14 kq |
2003-cü il | 11 kq | 14 kq |
2004-cü il | 8 kq | 11 kq |
2005-ci il | 8 kq | 11 kq |
2006-cı il | 8 kq | 11 kq |