DIQQƏT! Məşqçilər və idmançılarımızın nəzərinə!

diqqet

“Zirvə” İdman Klubunun rəhbərliyi qarşıdakı final mərhələsi barədə vacib bir qərar qəbul edib. Yarışda iştirak edəcəyi əvvəlcədən məlum olan, adı siyahıda olan idmançıların və onların məşqçilərinin aşağıdakı elanı diqqətlə oxuması və riayət etməsi vacibdir:

 

Dekabrın 27-29-u aralığında AAAF PARK Yaşayış kompleksinin yarış zalında keçiriləcək “Zirvə” İdman Klubunun 2013-cü il ağır atletika üzrə zona yarışlarının final mərhələsində adı siyahıda olan idmançılar, əvvəlcədən sifariş olunduqları çəkilərdə çıxış etməlidirlər. Yəni istənilən idmançının adı məsələn, 62 kq çəki dərəcəsində göstərilibsə, o, məhz bu – 62 çəki dərəcəsində də çıxış etməlidir. Çəkisi yarış günü həmin çəkidən artıq gələn idmançılar yarışlara ümumiyyətlə buraxılmayacaqlar! Məşqçilərdən xahiş olunur, atletləri çəkilərinə uyğun olaraq hazırlasınlar.

 

 

SHARE
Şərh yaz