Oktyabrın əvvəlindən etibarən “Zirvə” İdman Klubunun növbəti klub yarışları başlayır. 6 ölkədə keçiriləcək çempionatların nəticələri seçmə xarakter daşıyacaqdır. Yəni bu yarışlarda qeydə alınacaq nəticələrə əsasən, ilin sonundakı final turnirinin iştirakçıları müəyyən ediləcəkdir.
Bu səbəbdən də klubumuzun idarə heyətinin qəbul etdiyi daha bir qərar vacib əhəmiyyət daşıyır. Belə ki, bundan sonra bütün klub (zona) yarışlarında veteran atletlərin iştirakına icazə veriləcəkdir. Onların nəticələri nəzərə alınacaq, ən yaxşı 12 nəfər final mərhələsində iştirak etmək hüququ qazanacaqdır. Klub reytinqlərinin son sıralamasında da veteran atletlərin nəticələri nəzərə alınacaq.