7-ci “Zirvə Kuboku”nun keçirilmə qaydalarında dəyişiklik edilib. Klubumuzun rəhbərliyinin aldığı qərara əsasən, yarış əvvəldən nəzərdə tutulduğu kimi 11 yox, cəmi 5 yaş qrupu üzrə keçiriləcək. Bu yaş qrupları aşağıdakılardır:
– Yaşı 12-yə qədər olan idmançılar (2001-ci illər və daha kiçiklər)
– Yaşı 15-ə qədər olan idmançılar (2000-1998-ci illər)
– Yaşı 17-yə qədər olan idmançılar (1997-1996-cı illər)
– Yaşı 17-dən yuxarı idmançılar (1995-ci illər və daha yaşlılar)
– Qadınlar
Kubok yarışları cəmi bi gün ərzində – sentyabrın 13-də keçiriləcək. Yarışın yeri dəyişdirilməyib. Əvvəlcədən planlaşdırıldığı kimi, Kuboku AAAF Park yaşayış Kompleksinin yeni yarış zalında keçiriləcək.
Yarışın bütün iştirakçılarının siyahısını ən yaxın zamanda sizə təqdim edəcəyik.