Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Dünya Çempionatına start verilib. Artıq ilk qalib və mükafatçıların adları da məlumdur. Qadınların mübarizəsində 48 kq çəki dərəcəsində çinli Tan Yayun çempion olub. O, toplamda 199 kq (84+115) nəticə ilə qızıl medallara sahib çıxıb.
İkinci yeri şimali koreyalı Ryanq Hva – 186 kq-la (81+185), üçüncü yeri isə 181 kq-la (78+103) meksikalı Karolina Hernandez tutub.
Bu gün isə Azərbaycan milli komandasının üzvlərindən biri – Kristina Yovu körpücük üzərinə çıxacaq. O, 53 kq çəki dərəcəsində mübarizə aparacaq.
Kişilərdən isə Valentin Xristov sabah 62 kq-da, “Zirvə”nin yetirməsi Firudin Quliyev isə 69 kq çəki dərəcəsində oktyabrın 23-də çıxış edəcək.