Dünya çempionatına Qotfridlə yekun vurduq

g1
“Zirvə” Beynəlxalq İdman Klubu üçün ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı başa çatıb. Bu gün son nümayəndəmiz – Anastasiya Qotfrid çəkisi +75 kq olan qadınların yarışından çıxış edib. “Jidaçiv-Zirvə” atleti Gürcüstan milli komandasının heyətində, bu çəkinin B qrupunda mübarizə aparıb.
Toplam 263 kq (121+142) nəticə göstərən Anastasiya, B qrupunda 4-cü yeri tutub. Onun yekun sıralamadakı yeri A qrupundakı yarışlar başa çatandan sonra məlum olacaq.

net frid

SHARE
Şərh yaz