Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Dünya Çempionatı başa çatdı. Yüksək səviyyədə keçirilən bu turnirdə Azərbaycan milli komandasının üzvləri də fərqləndilər. Ötən dəfə Kristina Yovunun gümüş medalı və qadınların mübarizəsi haqda danışdıq. Bu dəfə isə kişilərimizi diqqətə alaq.
Dünya çempionatının yekun nəticələrinə əsasən kişi idmançılarımız dörd kiçik medalla, medal sıralamasında 10-cu pillədə qərarlaşdılar. Birinci pilləni 12 medalla çinlilər (8 qızıl və 4 gümüş), ikinci pilləni isə 17 medalla ruslar (6 qızıl, 7 gümüş və 4 bürünc) tutdular. Şimali Koreya isə 10 medalla (3 qızıl, 4 gümüş və 3 bürünc medal) 3-cü oldu. Şəxsi sıralamada Firudin Quliyev Sinkleyr cədvəli üzrə 456,37 xalla dünyada 13-cü, Valentin Xristov 454,15 xalla 17-ci yeri tutdular.
Toplamda qazanılan medalların sıralamasında isə Azərbaycan yığma komandası cəmi 3 idmançı ilə təmsil olunmağına baxmayaraq, yüksək 6-cı yeri tutdu. Aktivində 1 gümüş və 1 bürünc medal olan millimizin bu nəticəsi çox təqdirəlayiqdir. Çünki biz İran, Bolqarıstan, Polşa və başqa həqiqətən də böyük ağır atletika ölkələrini arxada qoya bildik.