Gürcüstanın paytaxtı Tiflis şəhərində ağır atletika üzrə gənclər arasında 42-ci kişilər və 22-ci qadınlar arasında dünya çempionatı başa çatıb. 40 ölkədən 250 idmançının (110 qadın və 140 kişi) iştirak etdiyi bu yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də çıxış edirlər. Onlardan üçü 85 kq çəki dərəcəsində mübarizə aparıb.
“Terespol-Zirvə” atleti Mateuş Skulimovski B qrupunda çıxış edib. O, birdən qaldırmada 144, təkanla qaldırmada isə 175 kq nəticə göstərib. Polşalı ağırlıqqaldıranımız toplam 319 kq (144+175) ilə bu qrupda 2-ci, ümumi sıralamada isə 12-ci olub.
“Jidaçiv-Zirvə”nin iki atleti isə daha uğurlu çıxış edib. Yeniyetmələr arasında dünya və Avrpa Çempionu İqor Obuxov birdən qaldırmada 148, təkanla qaldırmada 188 kq-ı ram edib. Toplam 336 kq (148+188) nəticə ilə dünya çempionatında 5-ci yeri turub.
“Zirvə” Kuboku və çempionatlarının dfərlər iştirakçısı və mükafatçısı olan Anton Plesnoy isə bir üst pillədə qərarlaşıb. O, birdən qaldırmada 154, təkanla qaldırmada isə 188 kq-ı başı üzərinə qaldırıb. Toplam 342 kq (154+188) nəticə ilə ukraynalı atlet 4-cü yeri tutub.