Azər Məmmədli dünya çempionatında gümüş medal qazandı!

Slovakiyanın Koşitse şəhərində keçirilən yeniyetmələr arasında dünya çempionatına yekun vurulub. Son yarış günündə milli komandamızın üzvlərindən Azər Məmmədli körpücük üzərinə çıxıb. 0, +94 kq çəki dərəcəsində yarışıb.

Birdən qaldırma həkərətinə yaxşı başlayan gənc atletimiz əvvəlcə 143 kq, daha sonra isə 148 kq-ı başı üzərinə qaldırıb. Son yanaşmasında 150 kq-ı ram edə bilməyən Məmmədli, bu hərəkətdə 3-cü yerə çıxıb.

Təkanla qaldırma hərəkəti də əla keçdi. Əvvəlcə 179 kq, daha sonra isə 185 kq-ı rahat qaldırmağı bacaran idmançımız, 188 kq sifariş verərək onu da ram etdi! “Zirvə” İdman Klubunu yetirməsi bu nəticəylə təkanla qaldırma hərəkətində 2-ci yeri tutdu.

Toplamda 336 kq (148 kq + 188 kq) nəticə göstərən Azər Məmmədli dünya çempionatının gümüş medalçısı oldu!

Möhtəşəm nəticədir. Bu qələbədə əməyi olan hər kəsə təşəkkür edir, uğurların davamının gəlməsini arzulayırıq!

SHARE
Şərh yaz