Dünya Çempionatında üç atletimiz qüvvəsini sınayacaq

wwc_poland - копия

Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında Dünya Çempionatı keçiriləcək. Dünya Çempionatında Azərbaycanı ağır atletika üzrə milli yığmanın baş məşqçisi Zlatan Vanevin rəhbərliyi altında iki kişi və bir qadın atletimiz təmsil edəcək.

Kişilərdən Olimpiya mükafatçısı Valentin Xristov 62 kq, Kazan Universiadasının qalibi, “Zirvə” İdman Klubunun nümayəndəsi Firudin Quliyev 69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Qadınlardan isə Kristina İovu 53 kq çəki dərəsində yarışa qatılacaq.

Dünya Çempionatında Azərbaycanı hakim qismində Vahid Nəzərov təmsil edəcək.

SHARE
Şərh yaz