“Zirvə” İdman Klubu sıralarını genişləndirir. Bugündən etibarən türkiyəli qadın ağır atlet Eda Çakal, bizim klubun şərəfini qoruyacaq. 20 yaşlı idmançı, indiyə qədər bir çox beynəlxalq yarışlarda iştirak edib və uğurlar qazanıb. O, 2008-ci ildə yeniyetmələr arasında Avropa çempionu, Yeniyetmələrin ilk Olimpiadasında 6-cı yerin sahibi və 2012- ci ildə gənclər arasında Türkiyə çempionudur.
Eda 63 kq çəki dərəcəsində yarışır. O, “Zirvə” və AZAL klublarını birlikdə təmsil edəcək və Azərbaycan millisinin formasını geyinəcək. Eda artıq yığmanın təlim-məşq toplanışına qatılıb. Eda Çakalın şəxsi məşqçisi “Zirvə” İdman Klubunun baş məşqçisi, dünya və Avropa çempionu Hafiz Süleymanovdur.