Sentyabrın 9-17-də Polşanın Novı Tomısl şəhərində yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar atletlər arasında Avropa birinciliyi keçiriləcək. Yarışda Azərbaycan yığma komandasının, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər.
Bu gün ilk olaraq körpücük üzərinə Elməddin Hüseynov çıxıb. “Şamaxı-Zirvə” atleti yaşı 15-ə qədər olan oğlanların mübarizəsində 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
O, birdən qaldırma hərəkətində 84 kq, təkanla qaldırma hərəkətində isə 110 kq-ın öhdəsindən gəldi. Toplam 194 kq (84+110) nəticə göstərən Elməddin Avropa birinciliyində 6-cı yeri tutdu.