Elmar Alıyev Avropa çempionatında kiçik bürünc medal qazandı

11102679_10200485982508632_115831977444381657_n

Aprelin 8-16-sı aralığında Norveçin Fyorde şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı start götürüb. Bu gün – ilk yarış günündə Azərbaycan milli komandasının bir üzvü 56 kq çəki dərəcəsində yarışa Elmar Alıyev kiçik medalla bizləri sevindirib.
O, birdən qaldırma hərəkətində yaxşı çıxış etməyib. Üç yanaşmadan cəmi birini uğurlu edən Elmar, 102 kq-la 8-ci olub.
Təkanla qaldırma hərəkətində isə Alıyev əla çıxış nümayiş etdirib. Azərbaycan atleti əvvəlcə 130, sonra 133, sonda isə 136 kq-ın öhdəsindən gəlib. Bununla o, təkanla qaldırma hərəkətində Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Toplamda 238 kq (102+136) nəticə göstərən Alıyev ümumi sıralamada 7-ci yeri tutub.
Elmarı kiçik bürünc münasibətilə təbrik edir, qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!

SHARE
Şərh yaz