Aprelin 9-18-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatına start verilib. Bu yarışda 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirak etməsi gözlənilir.
Turnirdə Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər. Onlardan ilk olaraq Elmar Alıyev körpücük üzərinə çıxıb. O, 56 kq çəki dərəcəsində mübarizə aparıb.
Atletimiz birdən qaldırma hərəkətində ilk olaraq 107 kq-ın öhdəsindən gəlib. Təəssüf ki, 111 kq üçün sonrakı iki cəhdi də uğursuz olub və o, bu hərəkətdə 9-cu yeri tutub.
Elmar təkanla qaldırma hərəkətində də eyni cür mübarizə aparıb. O, ilk yanaşmasında 137 kq-I ram edib. Sonrakı cəhdələrində isə əvvəlcə 142kq, sonra isə 143 kq-lıq ştanqın öhdəsindən gələ bilməyib. Buna baxmayaraq, Alıyev bu hərəkətdə Avropanın 4-cüsü olmağı bacarıb.
Toplamda 244 kq (107+137) nəticə göstərən Elmar yekun sıralamada 7-ci yeri tutub.