Elmar Alıyev C qrupunda 3-cü oldu

elmar1

4-16 noyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək ağır atletika üzrə dünya çempionatına start verilib. Bu gün körpücük üzərinə iki Azərbaycan atleti çıxacaq. Onlardan biri – Elmar Alıyev artıq çıxışını başa vurub. O, 56 kq çəki dərəcəsinin C qrupunda mübarizə aparıb.
İdmançımız birdən qaldırmada 103 kq, təkanla qaldırmada isə 135 kq nəticə göstərib. Toplamda 238 kq-la Elmar Alıyev C qrupunda 3-cü yeri tutub. Onun ümumi sıralamda neçənci yer tutacağı bütün qruplarda mübarizə başa çatandan sonra məlum olacaq.

elmar skorbord

 

elmar 4
elmar2

elmar3

SHARE
Şərh yaz