“Zirvə” Beynəlxalq İdman Klubunun Astarada təşkil etdiyi ağır atletika üzrə “9-cu Zirvə Kuboku”nda ilk yarış günü başa çatıb. Avqustun 29-da körpücük üzərinə son olaraq yaşı 14-ə qədər olan oğlanlar çıxıblar. Azərbaycanı təmsil edən klubların nümayəndələri əbəs yerə favorit sayılmadıqlarını sübut ediblər.
“Şamaxı-Zirvə” Klubunun nümayəndəsi Hüseynov Elməddin toplamda 178 kq (76+102) nəticə göstərib. Bununla o, Sinkleyr cədvəli üzrə 303.9 xal toplayıb və qızıl medala sahib çıxıb.
Gümüş və bürünc medal isə “Lerik-Zirvə” atletlərinə qismət olub. Alxasov Əlimərdan toplam 215 kq (95+120) nəticə və 298.9 xalla ikinci, Əliyev Füqan isə 179 kq (79+100) nəticə və 293.6 xalla bürünc medal qazanıblar.
Təbrik edirik!
Y | Adı | İl | Klub | Ölkə | Çəkisi | Birdən | Təkanla | Toplam | Xal |
1. | Hüseynov Elməddin | 2001 | Şamaxı | Azərbaycan | 50.20 | 76 | 102 | 178 | 303.9 |
2. | Alxasov Əlimərdan | 2001 | Lerik | Azərbaycan | 65.65 | 95 | 120 | 215 | 298.9 |
3. | Əliyev Füqan | 2001 | Lerik | Azərbaycan | 52.65 | 79 | 100 | 179 | 293.6 |
4. | Baxışov İsmayıl | 2001 | Qobustan | Azərbaycan | 59.90 | 86 | 107 | 193 | 286.2 |
5. | Quvir Maksim | 2001 | Kişinyov | Moldova | 57.00 | 81 | 100 | 181 | 278.6 |
6. | Cavadov Ömər | 2002 | Masazır | Azərbaycan | 32.00 | 46 | 53 | 99 | 266.9 |
7. | Mironov Konstantin | 2001 | Kazan | Rusiya | 70.90 | 88 | 105 | 193 | 255.2 |
8. | Artyom Qritsenko | 2002 | Kişinyov | Moldova | 60.60 | 78 | 90 | 168 | 247.0 |
9. | Usubov Kamran | 2001 | Neftçala | Azərbaycan | 48.20 | 60 | 77 | 137 | 242.4 |
10. | Arsen Ayvazov | 2001 | Jidaçiv | Ukrayna | 55.90 | 69 | 80 | 149 | 232.9 |
11. | Heydərov Cavid | 2002 | Neftçala | Azərbaycan | 44.85 | 55 | 67 | 122 | 230.5 |
12. | Həsənov Fuad | 2003 | Lənkəran | Azərbaycan | 31.70 | 38 | 46 | 84 | 229.0 |