2-8 sentyabr 2016-cı il tarixlərində İordaniyanın paytaxtı Amman şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı keçiriləcək. Yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər. 63 kq çəki dərəcəsində Elnarə Abbasova körpücük üzərinə çıxıb.
“Qazax-Zirvə” təmsilçisi birdən qaldırma hərəkətində 75 kq, təkanla qaldırma hərəkətində isə 99 kq-ı ram edib.
Toplam 174 kq (75+99) nticə göstərən atletimiz bu çəkidə 5-ci yeri tutub.