Elnarə Abbasova da mübarizəyə qoşuldu

Elnare-AbbasovaNorveçin Fyorde şəhərində keçirilən qadınlar və kişilər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Bu gün Azərbaycan yığmasının və “Zirvə” Beynəlxalq İdman Klubunun bir üzvü – Elnarə Abbasova körpücük üzərinə çıxıb. O, 63 kq çəki dərəcəsində mübarizə aparıb.

B qrupunda yarışan idmançımız birdən qaldırma hərəkətində 79 kq, təkanla qaldırma isə 102 kq-lıq ştanqı ram edə bilib. Toplamda 181 kq (79+102) nəticə göstərən Abbasova, ümumi sıralamada 15-ci yeri tutub.

 

 

SHARE
Şərh yaz