Elşən Məmmədov Azərbaycan çempionu oldu

7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı davam edir. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Kişilər arasında 61 kq çəki dərəcəsində mükafatçılarına adına aydınlıq gəlib. Lənkəran idmançısı Elşən Məmmədov toplam 223 kq (98+125) nəticə göstərərək Azərbaycan çempionu olub. Sonrakı pillələrdə müvafiq olaraq toplam 218 kq (96+122) nəticə ilə Nurlan Məmmədzadə və toplam 215 kq (96+119) nəticə ilə Fuad Həsənov qərarlaşıb.

Təbrik edirik!

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

61 kq

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplam
1.Məmmədov Elşən2004LənkəranZİrvə60.498125223
2.Məmmədzadə Nurlan2004QazaxZirvə61.096122218
3.Həsənov Fuad2003LənkəranUGİM59.796119215
4.İsazadə Rüfət2000GəncəTəhsil60.58798185
5.Əhmədov Esmin1996GəncəTəhsil61.093
6.Səmədov Ülvi1998NeftçalaZirvə60.40

Kişilər. 61 kq. Azərbaycan çempionatı. 7-8- fevral 2019

Posted by Zirvə İdman Klubu on Thursday, February 7, 2019

SHARE
Şərh yaz