Elşən Məmmədov da dünya birinciliyində qüvvəsini sınadı

8-15 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyinə start verilib. 50 ölkədən 200-dən çox atletin mübarizə aparacağı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Elşən Məmmədov çıxır. O, 61 kq çəki dərəcəsində mübarizə aparır.

Atletimiz birdən qaldırma hərəkətində 97 kq nəticə ilə 7-ci yeri tutub.

Elşən təkanla qaldırma hərəkətində 120 kq-ı ram edərək bu hərəkətdə də 7-ci olub.

Məmmədov toplam 207 kq (97+120) nəticə ilə yekun sıralamada da 7-ci pillədə qərarlaşıb.

Las-Veqas 2019. Elşən Məmmədov. 61 kq. Dünya birinciliyi

Posted by Zirvə İdman Klubu on Saturday, March 9, 2019
SHARE
Şərh yaz