Litvanın Klaypeda şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Bu gün Azərbaycan yığmasının daha bir üzvü medal mübarizəsinə qoşulub. “Şamaxı-Zirvə” atleti, Həmrəyliyi İdman Federasiyalarının III çempionatının bürünc medalçısı Elşad Şərifov 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Təəssüf ki, atletimiz istədiyi uğura nail ola bilməyib.
Elşad toplam 289 kq (131+158) nəticə göstərib. O, bu nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.