Elxan Əliquluzadə Avropa çempionatında bürünc medal qazandı!!!

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən yeniyetmələr arasında X Avropa birinciliyində daha bir uğur qazandıq. Valeh Baxşəlizadənin 50 kq çəki dərəcəsindəki qələbəsindən sonra, 69 kq çəki dərəcəsində Elxan Əluquluzadə medal qazanıb.

“Zirvə” İdman Klubunun yetirməsi olan Elxan, yaxşı mübarizə apararaq bürünc medala sahib çıxıb.

Birdən qaldırma hərəkətinə 122 kq-la başlayan idmançımız, bu çəkini yalnız ikinci yanaşmada ram edə bilib. Daha sonra sifariş verdiyi 128 kq-ı da qaldıran Əliquluzadə bu hərəkətdə 4-cü yeri tutub.

Təkanla qaldırmaya uğurla başlayan 16 yaşlı atletimiz 160 kq-ın öhdəsindən gələ bilib. Elxan sonradan 166 kq sifariş versə də, iki yanaşmada onu qaldıra bilməyib. Ancaq bu çəki onu təkanla qaldırmada ikinci yerə çıxarıb.

Toplamda 288 kq (128 kq + 160 kq) nəticə göstərən gənc idmançı, Avropa çempionatının bürünc medalına yiyələnib.

Təbrik edirik!

SHARE
Şərh yaz