Elxan Əliquluzadə Firudin Quliyevin əvəzini çıxdı!

ex 2 - копия

Dünən Estoniyanın Tallinn şəhərində keçirilən 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa Birinciliyində qızıl medal qazanan Elxan Əliquluzadə hamımızı sevindirdi. “Zirvə” İdman Klubunun 18 yaşlı yetirməsi 69 kq çəki dərəcəsində mübarizə apararaq möhtəşəm çempionluq əldə edib.

Elxan son yanaşmasında 174 kq-ı qaldırmaqla gürcü rəqibi Şota Mişvelidzeni arxada qoyub. Üçüncü yeri isə erməni Vladik Karapetyan tutub. Elxanın düz 21 kq qabaqladığı bu ermənini xatırlarısınız? Yadınızdadırmı, bu hansı Karapetyandı?

İspaniyanın Valensiya şəhərində keçirilən 2010-cu il gənclər arasında Avropa çempionatında Firudin Quliyev (112+140) 252 kq nəticə ilə gümüş medal qazanmışdı. Xatırlyarsınızsa, 62 kq çəki dərəcəsində təkanla ağırlıq qaldırarkən mübahisə baş vermişdi. Atletimiz təkanla qaldırmaq üçün 145 kq ağırlıq sifariş verib, öhdəsindən gəlmişdi. Münsiflər heyəti əvvəlcə onun nəticəsini qeydə almış, ancaq 10 dəqiqə sonra qərar ləğv etmiş, səbəb kimi idmançımızın 145 kq ağırlığı qaldırarkən, səhvə yol verdiyi bildirilmişdi. Analoqu olmayan biabırçılıq nəticəsində Firudin 140 kq-la gümüş medal qazanmışdı. Birinci yeri isə təkanla qaldırmada 141 kq nəticə göstərən Ermənistan təmsilçisi Vladik Karapetyan tutmuşdu. Bəli, məhz bu Vladik Karapetyan! O vaxt hakimlərin qərarına etiraz əlaməti olaraq Firudin Quliyev fəxri kürsüyə qalxmaqdan imtina etmişdi.

İndi isə Elxan Əliqulizadə Firudinin əvəzini çıxmağı bacardı. Ermənini 21 kq qabaqlayan və ona Azərbaycan himninin dinləməyə məcbur edən Elxanı alqışlayırıq. Əhsən, sənə!

SHARE
Şərh yaz