Fidan Əbdürrəhmanova Avropa birinciliyindəki çıxışılarımıza yekun vurdu  

fidan-abPolşanın Novı Tomısl şəhərində sentyabrın 9-17-i tarixlərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar arasında ağır atletika üzrə Avropa birinciliyi başa çatıb. Yarışda Azərbaycan yığma komandasının, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak ediblər. Son olaraq körpücük üzərinə Əbdürrəhmanova Fidan çıxıb. O, yaşı 17-yə qədər olan atletlərin +69 kq çəki dərəcəsində mübarizə aparıb.

Fidan birdən qaldırma hərəkətində 45 kq, təkanla qaldırmada 65 kq-ı ram edib. Toplam 110 kq (45+65) nəticə göstərən atletimiz Avopa birinciliyində 9-cu yeri tutub.

SHARE
Şərh yaz