Final mərhələsi başa çatdı

Dekabrın 23-25-i aralığında Lənkəran şəhərində “Zirvə” İdman Klubunun ağır atletika üzrə 2012-ci il zona yarışlarının final mərhələsi keçirildi. Əla təşkilatçılıq şəraitində keçən yarışlarımızda il ərzində özünü ən yaxşı tərəfdən göstərmiş idmançılarımız iştirak etdi.

Zona yarışlarında hər yaş qrupunda 12 ən yaxşı atletin çıxış etdiyi final mərhələsi maraqlı mübarizə şəraitində keçdi. Yaşı 9-dan 30-a qədər olan, təxminən 150-yə yaxın atletin qatıldığı yarışı izləyənlər əsl ağır atletika bayramı yaşadılar. Klubumuzun prezidenti Tofiq Heydərovun tapşırığı ilə körpücük üzərinə çıxan iştirakçıların hər birinə yeni geyimlər paylanıldı. Azərbaycan milli Olimpiya yığmasının London Olimpiadasında geyindiyi xüsusi forma “Zirvə”nin idmançılarına paylanıldı. Çox gözəl görünən bu geyimlərlə yanaşı, isti üst geyimləri – kurtkalar, üzərinə Azərbaycan yazılan şərflər, idman ayaqqabıları da idmançılara verildi.

Yarışın mükafatçılarına – medal, kubok, fəxri diplom, pul mükafatı və dəyəri 300 manatdan 3 000 manata qədər olan sertifikatlar təqdim olundu.

Ümumi medalçılarla yanaşı daha dörd nəfər də xüsusi mükafata layiq görüldü. Avropa və dünya çempionatlarında yaxşı nəticələr qazanan Firudin Quliyev, Azər Məmmədli, Valeh Baxşalizadə və Elxan Əliquluzadə “İlin ən yaxşı idmançıları” seçildilər.
Bununla yanaşı, tələbələri özünü ən yaxşı tərəfdən göstərmiş məşqçilər də fərqləndirildilər. “Zirvə” İdman Klubunun ən yaxşı məşqçilərindən olan Anar Qasımov, Kərim Kərimli və Teymur Əliquluyev “İlin ən yaxşı məşqçisi” adına layiq görüldülər.

Onları təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

 

Yarışın nəticələriylə aşağıda tanış ola bilərsiz:

ZIRVE NETICELER FINAL 2012

 

ZIRVE NETICELER FINAL 2012

SHARE
Şərh yaz