Dekabrın 27-29-u tarixlərində AAAF PARK Yaşayış Kompleksinin yarış zalında “Zirvə” İdman Klubunun ağır atletika üzrə zona yarışlarının Final mərhələsi keçirildi. İdmançılardan mübarizəyə ilk olaraq qadınlar qoşuldular. Ölkənin mütəxlif bölgələrini təmsil zərif cinsin nümayəndələri körpücük üzərində zəif və zərif olmadıqlarını göstərdilər.
Qalib adını gözlənildiyi kimi, Gülçin Əlizadə qazandı. Qazaxlı gənc atletimiz 143 kq (63+80) toplam nəticə ilə 211,6 Sinkleyr xalı toplayaraq rəqiblərini üstələdi. Yeniyetmələr arasında 2013-cü il Avropa çempionatının bürünc mükafatçısı olan Gülçin, həm Elnarə Abbasova, həm də AÇ-nin digər bürünc mükafatçısı Mərziyyə Məhərrəmovadan güclü oldu.
Qadınların mübarizəsində maraqlı olan digər məqam yarışda moldovalı Karolina Kretunun iştirak etməsiydi. Məşhur mütəxəssis, Kristina Yovu kimi tanınmış atletin şəxsi məşqçisi Sergey Kretunun qızıl olan atlet, toplam 86 kq (34+52) nəticə ilə 6-cı yeri tutdu. Ancaq “Zirvə” İdman Klubunun Moldova filialının nümayəndəsi olacaq Karolina potensiala malik olduğunu sübut edə bildi.
[nggallery id=157]
Qadınlar
N | İdmançı | Təvəllüd | Şəhər | Çəki | Birdən | Təkanla | Cəmi | Sinkleyr |
1. | Əlizadə Gülçin | 1997 | Qazax | 49.8 | 63 | 80 | 143 | 211.6 |
2. | Abbasova Elnarə | 1997 | Qazax | 56.0 | 63 | 83 | 146 | 196.8 |
3. | Məhərrəmova Mərziyyə | 1996 | Goranboy | 50.3 | 57 | 75 | 132 | 193.6 |
4. | Məmmədova Sona | 1999 | Qazax | 57.2 | 53 | 63 | 116 | 153.9 |
5. | Əlizadə Günel | 2000 | Qazax | 63.5 | 50 | 70 | 120 | 148.4 |
6. | Kretu Karolina | – | Moldova* | 46.0 | 34 | 52 | 86 | 136.5 |
7. | Rzazadə Lalə | 2001 | Lənkəran | 38.8 | 31 | 41 | 72 | 135.4 |
8. | Əzimova Səbinə | 2000 | Lənkəran | 42.0 | 34 | 42 | 76 | 131.6 |
9. | Məmmədova Xumar | 1997 | Goranboy | 81.8 | 50 | 70 | 120 | 130.5 |
10. | Məhərrəmova Sevər | 2002 | Lənkəran | 35.3 | 27 | 33 | 60 | 125.5 |
11. | Babayeva Kübra | 1991 | Qazax | 48.0 | 32 | 45 | 77 | 117.6 |
12. | Fərəcova Şəfa | 2001 | Lənkəran | 31.5 | 22 | 25 | 47 | 112.9 |
13. | Hüseynova Fidan | 2001 | Lənkəran | 43.5 | 30 | 35 | 65 | 108.8 |