“Finiks-Zirvə” atleti Rio Olimpiadasında 6-cı oldu, rekord yenilədi

Morghan+Whitney+King+Weightlifting+Olympics+Xb8BfDkdewAlBraziliyanın Rio-De-Janeyro şəhərində 31-ci Yay Olimpiya Oyunları start götürüb. Bu gecə ağır atletika üzrə yarışlar da başlayıb. İlk olaraq körpücük üzərinə 48 kq çəki dərəcisndə mübarizə aparan qadınlar çıxıb. Bizim üçün əlamətdar sayılan hadisə bu çəkidə “Finiks-Zirvə” atleti Morqan Kinqin çıxış etməsi olub. Tanınmış sabiq idmançı və mütəxəssis Şahin Nasirinin rəhbərliyi altında o, ABŞ yığmasının heyətində çıxış edib.
Morqan Kinq birdən qaldırma hərəkətində üçüncü yanşmada 83 kq-ı ram edib və bu hərəkətdə 4-ci yeri tutub. Üstəlik, “Finiks-Zirvə” təmsilçisi bu hərəkətdə 16 illik ABŞ rekordunu yeniləyib. Buna qədər ən çox çəkini – 82,5 kq-ı 2000-ci il Olimpiya Oyunlarında Tara Nott qaldırmışdı.
Təkanla qaldırma hərəkətində isə son olaraq 100 kq-ı başı üzərinə qaldıran amerikalı atlet bu hərəkətdə 7-ci olub.
Toplam 183 kq (83+100) nəticə ilə həm də şəxsi rekordunu yeniləyən Morqan Uitni Kinq qadınlar arasında özünün ilk Olimpiya Oyunlarında 6-cı yeri tutub. Dörd ilin ən mötəbər idman yarışından nümayiş etdirilə bu çıxışı alqışlamağa dəyər. “Zirvə” olaraq ABŞ-lı təmsilçimizi Olimpiadadakı debütü münasibətilə təbrik edir, qarşıdakı bütün yarışlarda uğurla çıxış etməsini arzulayırıq!

WLW048000_Results_2016_08_06Morghan+Whitney+King+Weightlifting+Olympics+7iIjOM6rH-slMorghan+Whitney+King+Weightlifting+Olympics+8VHbRP2Z_F2lMorghan+Whitney+King+Weightlifting+Olympics+EWdlZ4XYrE4lMorghan+Whitney+King+Weightlifting+Olympics+FVmt3drpmu9lMorghan+Whitney+King+Weightlifting+Olympics+GMvSjmDYxeRlMorghan+Whitney+King+Weightlifting+Olympics+hwe0KhtGVNtlMorghan+Whitney+King+Weightlifting+Olympics+L9YMNqBL0HylMorghan+Whitney+King+Weightlifting+Olympics+mWpJNHSogLHlMorghan+Whitney+King+Weightlifting+Olympics+TqOafsMGV10lMorghan+Whitney+King+Weightlifting+Olympics+TTsj1oZ1IzElMorghan+Whitney+King+Weightlifting+Olympics+VAgnyJjRCtAlMorghan+Whitney+King+Weightlifting+Olympics+Xb8BfDkdewAlMorghan+Whitney+King+Weightlifting+Olympics+xLk3UAFJKHel

SHARE
Şərh yaz