Firudin Quliyev

1994-cü ildə Goranboyda anadan olub.

“Zirvə” İdman Klubunun idmançısıdır.

Gənc yaşına baxmayaraq “Zirvə” klubunun və yeniyetmələr arasında Respublika birinciliyinin qalibidir. 2001-ci ilin fevralında Lənkəranda keçirilən yeniyetmələr  arasında respublika birinciliyidə yarışların mütləq qalibi olmuşdur. Bundan bir il əvvəl isə IV açıq Zirvə kubokunda iştirak edən Firudin Quliyev 351,92 xal toplayaraq öz qrupunda Zirvə Kubokunun qalibi olub.

Firudin həm də İspaniyanın Valensiya şəhərində keçirilən gənclər arasında Avropa çempionatında Azərbaycanı layiqincə təmsil edib. Yarışların ikinci günündə Firudin Quliyev (112+140) 252 kq nəticə ilə gümüş medal qazanıb. Ancaq idmançımızın çıxış etdiyi 62 kq çəki dərəcəsində təkanla ağırlıq qaldırarkən mübahisə baş verib.

Atletimiz Firudin Quliyev təkanla qaldırmaq üçün 145 kq ağırlıq sifariş verib. Quliyev bu ağırlığın öhdəsindən gəlib. Münsiflər heyəti əvvəlcə onun nəticəsini qeydə alıb. Lakin 10 dəqiqə sonra qərar ləğv edilib. Səbəb kimi idmançımızın 145 kq ağırlığı qaldırarkən, səhvə yol verdiyi bildirilib və Quliyevin əvvəlki cəhddə qaldırdığı 140 kq ağırlıq saxlanılıb. Hakimlərin qərarlarını dəyişməsi idmançımızın bu çəki dərəcəsində gümüş medal qazanmasına səbəb olub. Birinci yeri isə təkanla qaldırmada 141 kq nəticə göstərən Ermənistan təmsilçisi Vladik Karapetyan tutub.

Təkanla 1 kq artıq ağırlıq qaldıran erməni atlet Avropa çempionu olub. Hakimlərin qərarına etiraz əlaməti olaraq Firudin Quliyev fəxri kürsüyə qalxmaqdan imtina edib. Ermənistan himninə qulaq asmağa razılaşmayan gəncimizin bu addımı yarış keçirilən zaldakı tamaşaçılara da təsir edib. Onlar da ermənilərin qələbəsini alqışlamayıb. Həmin çəkidə üçüncü pillədə qərarlaşan Türkiyə idmançısının komanda yoldaşları və ümumiyyətlə oradakı bütün türkiyəlilər, Ermənistan himninə arxa çevirərək qulaq asıblar.

Maraqlıdır ki, ümumilikdə Firudin Quliyev 1 kiçik qızıl, 1 kiçik gümüşlə və 1 böyük gümüş medal qazanıb. Öz qızıl medalın təlfitetmə mərasimi zamanı ermənilərə millimizin himninin dinləməyə məcbur edən gəncimiz, düşmən dövlətin marşının səslənməsi zamanı etiraz addımı atıb. Gənc olmasına baxmayaraq Firudin Quliyevin bu addımını əsl mərdlik hesab etmək olar. Haqsızlığa dözməyən gəncimizin etirazı xeyli rəğbət toplamış, Azərbaycan ictimaiyyətinin razılığına səbəb olmuşdu.

SHARE
Şərh yaz