Firudin Quliyev: “Universiadada bu nəticəni təkrarlamağı çox istəyirdim”

firudin qalib universiada

“Mən bu medalı qazandığım üçün xoşbəxtəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın ağır atletika idmançısı Firudin Quliyev deyib.

O, Rusiyanın Kazan şəhərində keçirilən XXVII Yay Universiadasında toplamda 323 kq (142 kq + 181 kq) nəticə göstərərək qızıl medal qazanıb.

Həm təkanla qaldırma, həm də toplamda Universiadanın iki rekordunu yeniləyən Quliyev çinli atlet Liao Huyun 28 noyabr 2007-ci ildə müəyyənləşdirdiyi 190 kq-lıq rekordu qıra bilmədiyi üçün təəssüflənib: “Nəticə mənim üçün yüksək olmadı. Təkanla qaldırma hərəkətində 190 kq çəkini qaldırmaq niyyətində idim və buna görə Universiadada bu nəticəni təkrarlamağı çox istəyirdim. Təəssüf ki, alınmadı. Bir az məyus oldum, amma qazandığım nailiyyətdən razıyam. Mən ikinci kursda oxuyuram və hələ qarşıda vaxt çoxdur. Bu, Universiada oyunlarıdır və həmçinin bu, mənim üçün Olimpiya oyunları kimi, ciddi məsuliyyətli start oldu. Artıq Rio-de Janyero Olimpiya oyunlarına hazırlanmağa başlayıram”.

SHARE
Şərh yaz