Firuzə İbrahimova turnirdə çıxış etdi və idman ustası normasını doldurdu

firuze2-8 sentyabr 2016-cı il tarixlərində İordaniyanın paytaxtı Amman şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı keçiriləcək. Yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər. 63 kq çəki dərəcəsində Elnarə Abbasova ilə yanaşı Firuzə İbrahimova da çıxış edib.
“Sumqayıt-Zirvə” təmsilçisi birdən qaldırma hərəkətində 70 kq, təkanla qaldırma hərəkətində isə 90 kq-ı ram edib.
Toplam 160 kq (70+90) nticə göstərən atletimiz bu çəkidə 11-ci yeri tutub və karyerasında ilk dəfə idman ustası normasını doldurub.

SHARE
Şərh yaz