Füqan Əliyev fəxri kürsünün ən yüksək pilləsində!

Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksinin yarış zalında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə start verilib. Turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edir.

Bu gün ilk olaraq çəkisi 69 kq-a qədər olan atletlər qalibi müəyyən ediblər. Qızıl medala toplam 238 kq (103+135) nəticə ilə Füqan Əliyev sahib çıxıb. Gümüş medala 233 kq (102+131) nəticə ilə İsmayıl Baxışov, bürüncə isə 200 kq (90+110) nəticə ilə Rafail İsayev layiq görülüb.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

Kişilər. 69 kq. A qrupu.

N Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Əliyev Füqan 2001 Lerik Zirvə 63.9 103 135 238
2. Baxışov İsmayıl 2001 Qobustan Zirvə 67.6 102 131 233
3. İsayev Rafail 1999 Qobustan Zirvə 68.6 90 110 200
4. Şəmmədov Səbuhi 2002 Goranboy Zirvə 68.2 85 106 191
5. Əliyev Abuzər 1998 Abşeron Zirvə 62.3 80 100 180
6. Hüseynov Əli 2002 Goranboy Zirvə 66.0 78 92 170
7. Rüstəmov İsa 1999 Goranboy Zirvə 68.0 127 0
8. Qasimzade Umid 2001 Cəlilabad Zirve 66.0 78 0
9. Hüseynli Nəriman 2000 Sumqayıt Təhsil 63.7

 

 

Kişilər. 69 kq. U-23

 

1. Şərifov Elşən 1996 Şamaxı Zirvə 69.0 100 130 230
2. Nəcəfov Saleh 1996 Lənkəran Zirvə 68.6 100 110 210

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 4, (#4) Application request limit reached
SHARE
Şərh yaz