Füqan Əliyev Avropa birinciliyində çıxış etdi

f2

Avqustun 1-9-u tarixləri arasında İsveçin Landskrona şəhərində keçiriləcək yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi start götürüb. Yarışın ilk günündə Azərbaycan milli komandası və “Zirvə” Beynəlxalq İdman Klubunun üzvü Füqan Əliyev körpücük üzərinə çıxıb.
O, yaşı 15-ə qədər olan idmançıların mübarizəsində 50 kq çəki dərəcəsinin B qrupunda yarışıb.
Atletimiz uğurlu çıxış edib. O, toplamda 172 kq (76+96) çəkini ram edərək B qrupunda 1–ci yerə çıxıb. Füqan Əliyevin ümumi sıralamada neçənci yeri tutduğunu isə bu axşam A qrupu yarışları bitəndən sonra biləcəyik.

f1 f3 f5

SHARE
Şərh yaz