Füqan Əliyev Avropa birinciliyinin 3 ən yaxşı atletindən biri oldu!

fuqan-aliyev-19-17 sentyabr tarixlərində Polşanın Novı Tomısl şəhərində yaşı 15 və 17-yə qədər olan oğlan və qızlar arasında ağır atletika üzrə yeniyetmələr arasında Avropa birinciliyi keçirilib. Bu yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparıblar. Millimiz 2 qızıl və 2 bürünc medalla uğurlu çıxış ediblər.
Artıq birinciliyi yekun nəticələri də açıqlanıb. Sevindiricidir ki, Yaşı 15-ə qədər olan oğlanlar arasında bir idmançımızın adı mütləq qaliblərin sırasında da var. 62 kq çəki dərəcəsində körpücük üzərinə çıxmış Əliyev Füqan Sinkleyr xallarına görə Avropanın 3 ən yaxşı atletindən biri seçilib. Toplam 235 kq (105+130) nəticə ilə 344,2 xal toplayan gənc atlet mütləq 3-cülük əldə edib.
Bununla yanaşı, yaşı 15-ə qədər olan idmançılar asında qızlarımız komanda hesabında 165 xalla 8-ci, medal sayına görə isə 14-cü yeri tutublar. Bu yaş qrupunda oğlanlarımız komanda hesabında 393 xalla 7-ci, medal sayına görə isə yüksək 5-ci yeri tutublar. Bu qrupda qız-oğlan birlikdə olmaqla millimiz ümumi 7-ci yeri tutub.
Yaşı 17-yə qədər olan qızlarımız 129 xalla komanda hesabında 11-ci, medal sayına görə isə 6-cı yeri tutub. Eyni qrupda oğlanlar komanda hesabında 163 xalla 12-ci, medal sayına görə isə 10-cu yeri tutublar. Bu yaşda qız-oğlan birlikdə olmaqla millimiz 11-ci yeri tutub.

resultsbook

SHARE
Şərh yaz