19-25 oktyabr tarixlərində Malayziyanın Penanq şəhərində Yeniyetmələr arasında ağır atletika üzrə 6-cı dünya birinciliyi keçiriləcək. Yarışda yüzdən çox ölkədən 370 atlet (155 qadın, 215 kişi) mübarizə aparacaq. Birincilikdə Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.
Bu gün ilk olaraq Füqan Əliyev mübarizəyə qoşulub. Sentyabrın 9-17-də Polşanın Novı Tomısl şəhərində yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar atletlər arasında Avropa birinciliyininin qızıl medalçısı 62 kq çəki dərəcəsinin B qrupunda yarışıb.
“Lerik-Zirvə” təmsilçisi birdən qaldıra hərəkətində 106 kq, təkanla qaldırmada isə 131 kq-ı ram edib. Toplam 237 kq (106+131) nəticə ilə Füqan bu qrupda 4-cü yeri tutub. Onun yekun sıralamadakı yeri A qrupunda mübarizə başa çatandan sonra bilinəcək.
Sizə idmançımızın yanaşmalarının videosunu təqdim edirik: