Futbol klublarımız AFFA-nın turnirlərində mübarizəsini davam etdirir

futbol zirve

Ötən həftəsonu “Zirvə” BİK-in aşağı yaş qrupları üzrə futbol klublarının matçları keçirilib. Cənub regionu üzrə 5, Şimal regionu üzrə isə 1 komandamız yarışlara qoşulub.
Şimal regionu üzrə mübarizə aparan “Xırdalan-Zirvə” komandası Sumqayıt şəhər Mehdi Hüseynzadə adına mərkəzi şəhər stadionunda meydana çıxıb. Fuad Kərimlinin rəhbərlik etdiyi kollektivimizin 4-cü turdakı rəqibi “Xızı” komandası olub. Qarşılaşma maraqlı mübarizə şəraitində keçib və 2:2 hesablı bərabərliklə bitib.
Cənub regionunda oynayan 5 komandamız isə hələ ki ilk tur matçlarını keçiriblər. Buna səbəb, Lənkərandakı əlverişsiz hava şəraiti olub.
Buna baxmayaraq, komandalarımızı AFFA-nın təşkil etdiyi Azərbaycan çempionatına uğurla başladığını söyləmək olar. Sakin Məmmədzadənin rəhbərlik etdiyi klublarımızı müvafiq olaraq U-10, U-11, U-12, U-13 və U-14 Liqalarında qüvvələrini sınayıblar. “U-10” komandamiz çox güclü “Xəzər Lənkəran”a qarşı matçda 3:9 hesabi ilə məglub olub. Əvəzində “U-11”lərimiz “UGİM Lənkəran”a 2:0 hesabı ilə qalib gəliblər. U-12 və U-13 komandalarımız isə Masallının “Boradigah” komandasını hər iki liqa üzrə 3:0 hesabi ilə yeniblər. U-14 Liqasında isə “Lerik-Zirvə” “Dalğa” FK-ya böyük hesabla məğlub olub.
“Zirvə” Beynəlxalq İdman Klubu futbola diqqətini artırmaqdadır. Məqsədimiz yeniyetmələrin idmana cəlb edilməsi, onların vaxtının səmərəli keçməsinin təşkili, pis vərdişlərə qurşanmasının qarşısını almaqdır. Nəticələrdən asılı olmayaraq, komandalarımıza uğurlar diləyir, bütün yarışlarda zirvələri fəth etmələrini arzulayırıq.

İlk turun bütün nəticələri və növbəti turun təqvimini sizə təqdim edirik:

U-10 Liqası.
I tur
Lənkəran Şəhər UGİM-in stadionu.
UGİM Astara – “Dalga” FK (Lənkəran) 0:12
Zirvə (Lənkəran) – “Xəzər Lənkəran” FK 3:9

U-11 Liqası.
I tur
Lənkəran Şəhər UGİM–in stadionu.
“Dalğa” FK (Lənkəran) – “Xəzər Lənkəran” FK 12:0
Zirvə (Lənkəran) – UGİM (Lənkəran) 2:0
Separadi Bələdiyyəsi (Lənkəran) – Boradigah (Masallı) Gİİ 1:2

U-12 Liqası.
I tur
Lənkəran Şəhər UGİM–in stadionu.
“Zirvə” (Lənkəran) – “Boradigah” (Masallı) Gİİ 3:0
UGİM (Astara) – Separadi bələdiyyəsi (Lənkəran) 3:0
“Xəzər Lənkəran” FK – UGİM Xolmili (Lənkəran) 8:0

“Coca-Cola U-13 Liqası”.
I tur
Lənkəran Şəhər UGİM-in stadionu.
Xəzər Lənkəran FK – Dalğa FK (Lənkəran) 7:0
UGİM (Astara) – UGİM (Lənkəran) 3:1
Zirvə (Lənkəran) – Boradigah (Masallı) Gİİ 3:0

U-14 Liqası.
I tur
Lənkəran Şəhər UGİM-in stadionu.
“Xəzər Lənkəran” FK – Seperadi bələdiyyəsi (Lənkəran) 13:0
“Lerik-Zirvə” (Lerik) – “Dalğa” FK (Lənkəran) 0:8

**
Növbəti tur – 31.10.2015

“Coca-Cola U-13 Liqası”
II tur
Lənkəran Şəhər UGİM-in stadionu.
10:00. UGİM (Lənkəran) – “Xəzər Lənkəran” FK
11:00. “Boradigah” (Masallı) Gİİ – “Dalğa” FK (Lənkəran)
12:00. “Zirvə” (Lənkəran) – UGİM (Astara).

U-11 Liqası.
II tur
Lənkəran Şəhər UGİM-in stadionu.
10:00. UGİM (Lənkəran) – “Dalğa” FK (Lənkəran)
10:00. UGİM (Astara) – “Separadi bələdiyyəsi” (Lənkəran)
11:00. Boradigah (Masallı) Gİİ – Zirvə (Lənkəran)

U-10 Liqası.
II tur
Lənkəran Şəhər UGİM-in stadionu.
11:00. UGİM (Astara) – Zirvə (Lənkəran)
12:00 “Dalğa” FK (Lənkəran) – “Xəzər Lənkəran” FK

01.11.2015

U-14 Liqası.
II tur
Lənkəran Şəhər UGİM-in stadionu.
10:00. UGİM (Astara) – “Xəzər Lənkəran” FK
11:10. “Separadi bələdiyyəsi” (Lənkəran) – “Lerik-Zirvə” (Lerik)

U-12 Liqası.
II tur
Lənkəran Şəhər UGİM-in stadionu.
12:20. “Boradigah” (Masallı) Gİİ – UGİM Xolmili (Lənkəran)
12:20. “Separadi bələdiyyəsi” (Lənkəran) – “Xəzər Lənkəran” FK
13:20. “Zirvə” (Lənkəran) – UGİM (Astara).

SHARE
Şərh yaz