Futbol komandalarımız pley-off mərhələsinə vəsiqə qazanıblar

futAFFA bayrağı altında aşağı yaş qrupları üzrə Respublika birinciliklərində yarışlar davam edir. Artıq turnirlərin pley-off mərhələsi yaxınlaşmaqdadır. “Zirvə” futbolçuları da bu baxımdan uğurlu çıxışlar nümayiş etdirirlər.

Cənub zonasında çıxış edən 3 komandamız pley-off mərhələsinə vəsiqə qazanıblar. U-10 qrupunda “Lənkəran-Zirvə” “Astara”nı əzmkar oyunla 3:2 hesabı ilə, U-13 komandamız “Ərkivan”ı 3:0 hesabı ilə məğlub edib. U-14 komandamı isə “Masallı”ya qalib gələ bilməsə də (1:2), bu oyunun nəticəsindən asılı olmayaraq növbəti mərhələdə iştirak hüququ əldə edib.

Komandalarımızı təbrik edir, qarşıdakı matçlarda da uğurlar arzulayırıq!

SHARE
Şərh yaz